Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir

0

  • Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciət etdi. Dövlət başçımız xalqa müraciətində antiterror əməliyyatından sonra regionda vəziyyətin dəyişəcəyi, kriminal rejimin süqutundan sonra gərginlik mənbəyinin keçmişdə qaldığı barədə fikirləri yer alıb. Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifəni peşəkarlıqla yerinə yetirməsi, qəhrəmanlıq və şücaət göstərməsi barədə xalqımızın diqqətinə çatdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin hərbçilərə dinc əhalinin zərbə altına düşməməsi və qorunmasına dair tapşırıq verməsi önə çəkilib. Azərbaycanın antiterror tədbirləri zamanı qarşıya qoyulan məqsədlərə nail oldu. Azərbaycan antiterror tədbirlərinə genişmiqyaslı təxribatlardan sonra başlayıb və erməni qoşunlarını öz ərazisindən çıxarıb. Prezidentimiz Qarabağda aparılan əməliyyatın tamamilə legitim, qanuni və ədalətli olması barədə fikirlərini sitat gətirdi. Qanunsuz silahlı birləşmələr tam tərksilah olunacaq, onlardan müsadirə olunan texnika məhv ediləcək. Dövlət başçımız Qarabağın erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşün şahidi olacağı barədə fikir vurğulayıb. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir günə qarşıya qoyulan vəzifələri yerinə yetirib. Ermənistan hakimiyyətinin siyasi səriştə göstərməsi və bunun Ermənistan ilə Azərbaycan arasında gedən sülh prosesinə müsbət təsir göstərəcəyi barədə fikirlərinə yer ayırıb. Hazırkı antiterror əməliyyatından sonra Cənubi Qafqaz regionunda yeni güc mərkəzi yaranır. Bu, Azərbaycan və Türkiyədir. İndi bölgəyə çoxlu sərmayələr, o cümlədən Qərbdən investisiyalar qoyulacaq. Sual olunur: oyunun qaydalarını kim müəyyənləşdirəcək, həm siyasi, həm də iqtisadi dividendləri kim alacaq. Görünür sualın cavabını Bakı və Ankarada axtarmaq lazımdır. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq. Bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk. Antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi. Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!
    Əliyev Aydın,
     Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    bizə xor baxanlar torpağımıza göz dikənlər uğurumuzu həzm edə bilməyənlər heç vaxt heç vaxt unutmasınlar ki “dəmir yumruq” yerindədir

    Maraqlı gələ bilər
    49
    65
    52
    20
    58